...

"News Blaze": Ermənistana qarşı tədbir görməyən beynəlxalq təşkilatlar təcavüzkarın müdafiəçiləri qismində çıxış edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 15:34 (UTC +04:00)
Ermənistan qoşunları tərəfindən iyulun 4-də Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi erməni dövlətinin terrorçu xarakterini bir daha təsdiq edir.
"News Blaze": Ermənistana qarşı tədbir görməyən beynəlxalq təşkilatlar təcavüzkarın müdafiəçiləri qismində çıxış edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan qoşunları tərəfindən iyulun 4-də Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi erməni dövlətinin terrorçu xarakterini bir daha təsdiq edir.

Trend-in məlumatına görə, bu israilli aktivist Nurit Qrincerin “News Blaze” qəzetində dərc olunan məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən və dinc sakinlərin, o cümlədən uşaqların ölümü ilə nəticələnən çirkin təxribatlar hərbi cinayətdir.

Müəllif yazır ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi sənədlər icra olunmur və bu faktdan ruhlanan Ermənistan ona qarşı sanksiyaların tətbiq olunmamasından istifadə edərək, etnik azərbaycanlılara qarşı qanlı cinayətlər davam etdirir.

Bu vəziyyətdə beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın müdafiəçiləri qismində çıxış edir və ona faktiki dəstək verir.

Müəllif yazır: “18 aylıq Zəhranın ölümünə görə Ermənistan və onun tərəfdarları məhkəmə qarşısına çıxmalıdırlar. Beynəlxalq təşkilatlar erməni işğalının sona çatdırılması üçün real tədbirlər görməlidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Xəbər lenti

Xəbər lenti