...

BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini alqışlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2017 07:49 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü alqışlayıb
BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini alqışlayıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

O bildirib ki, ümumdünya təşkilatının rəhbəri dövlət başçılarının Cenevrədə keçirilən yüksək səviyyədə görüşünü alqışlayır: "O, prezidentlərin danışıqlar prosesinin gücləndirilməsi üçün tədbirlər görməyə və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmağa dair gəldikləri razılaşmanı dəstəkləyir".

A.Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bildirib və tərəfləri sammitin müsbət təkanlarına əsaslanaraq, danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti