...

Kiyevdə yerli ictimai-siyasi xadimlərin iştirakı ilə Xocalı qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 12:18 (UTC +04:00)
Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib.
Kiyevdə yerli ictimai-siyasi xadimlərin iştirakı ilə Xocalı qurbanları anılıb

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ukrayna Dövlət İnformasiya Agentliyi “Ukrinform”un binasında təşkil olunan tədbirdə Ukrayna Ali Radasının deputatları, siyasi və ictimai xadimləri iştirak edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktı, Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi və hələ də işğal altında saxlaması faktlarını iştirakçıların diqqətinə çatıdrıb.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov, Ali Radanın millət vəkili Serqey Melniçyuk, Krım tatarları və yəhudi icmalarının nümayəndələri çıxış edərək bu faciəni törədənlərin hələ də cəzasız qalmasından narahatlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti