...

Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün ən aktual məsələlərdəndir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2018 17:45 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün ən aktual məsələlərdəndir
Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün ən aktual məsələlərdəndir (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün ən aktual məsələlərdəndir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı deyib.

M.Zaxarova bildirib ki, Rusiyanın rəsmi mövqeyi dəyişməyib:

“Biz nəticənin əldə olunması üçün tərəflərlə işləyirik. Bizim üçün bu mövzu beynəlxalq gündəlikdə ən aktualdır. Ona görə də məsələnin həllinə tərəflər arasında razılaşdırılmış mövqelər və sazişlər əsasında nail olmaq bizim maraqlarımıza cavab verir. Rusiyanın bir dövlət olaraq problemə yanaşması dəyişməyib. Biz həqiqətən də hesab edirik ki, qarşıdurma ritorikası yalnız qarşıdurmanın uzanmasına gətirib çıxarır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti