...

Karasin: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ və Fransa ilə həmahəng işləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2019 14:21 (UTC +04:00)
Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir
Karasin: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ və Fransa ilə həmahəng işləyir

Bakı. Trend:

Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Yerevanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransanın qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.

Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti