XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.

İşğal nəticəsində 60.000-nə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.

Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. 2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı.

Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.

2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir".

BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatın bərpası tempinə təsirini qiymətləndirib
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatın bərpası tempinə təsirini qiymətləndirib
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma pomidor idxalına icazə verəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma pomidor idxalına icazə verəcək
Ən məhsuldar smartfonun adı məlum olub
Ən məhsuldar smartfonun adı məlum olub
Loading Bars
Xəbər lenti
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatın bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavursla bağlı məhdudiyyətlərini sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma pomidor idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
Bütün xəbərlər