...

Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2019 15:15 (UTC +04:00)
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.

Nazirlikdən qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur: "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti