...

Erməni silahlıları atəşkəsi yenə pozdu - 19 dəfə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2019 09:13 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Erməni silahlıları atəşkəsi yenə pozdu - 19 dəfə

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti