...

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2020 14:20 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə o, “Twitter” səhifəsində yazıb.

"Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etmək vaccibdir".

Bundan başqa Avroparlamentin Bolqarıstandan olan üzvü İlhan Küçük insidenti narahatedici adlandırıb:

"Azərbaycan-Ermənistan sərhədindən çox narahatedici xəbərlər gəlir. Bütün tərəfləri zorakılıqdan çəkinməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipinə hörmət etməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti