...

YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2020 12:36 (UTC +04:00)
YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.

Trend-in məlumatına görə, Ə.Əhmədov Gəncədə Ermənistanın raket atması nəticəsində dağılmış ərazidə olub.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən 300 manat məbləğində aylıq təqaüd təyin edilib.

Baş nazirin müavini qeyd edib ki, təqaüdün verilməsinə gələn aydan etibarən başlanılacaq və həmin uşaqlar 18 yaşına çatana qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti