...

Şuşaya kimi gedib çata bildim. Amma ayın səkkizi qismət məni bu dünyadan əbədi evimə apardı...Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2020 20:53 (UTC +04:00)

BAKI, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Surxay Noçuyevə həsr edilmişdir...

- Salam, Surxay.

- Salam.

- Yoldaşınızla özüm danışmamışam, amma səsini eşitdim. Sizdən danışırdı...

- Yəqin mesaj göndərib. Elə mən də həmçinin, ona zənq edəndə, balaca körpə qızımın səsin duyardım. Deyirdim ki: Can, ay Fidan, canına gurban olaram sənin.

- Fidanı görə bilmədiniz?

- Yox... Sadəcə səsini, ağlamağını eşidə bildim, çünki qızım anadan olanda mən müharibədə idim. Amma adını mən goydum.

- Gözəl addır. Təəsüf Fidan atasını görə bilmədi...

- Bəli, amma o məni həmişə hiss edə biləcək. Böyüyəndə, oğlum Uğur və qızım Fidan mütləq Qarabağa gələcəklər. O zaman səsimi də torpaqdan duya biləcəklər...

- Qarabağda o qədər şəhid səsi var ki...

- Qanımız, səsimiz, canımız var Qarabağda. Buralara gəlsəniz bizi xatırlayın.

- Söz verirəm...

Surxay gülümsəyir, mən də özümü Qarabağda görürəm... Onların adlarını bir bir çəkib torpağı gözümün üstünə qoyacağam... Onların canı ilə alınan torpağı...

- Surxayın arzusu nə idi?

- Əslində mən general olmaq istəyirdim, həyatımı həbçi olmağa həsr etmışdım.

- Əminəm ki, elə də olacaqdır...

- Ola bilər (gülür), amma mənim ikinci arzum da var idi. O da şəhid zirvəsinə yüksəlmək... Laləyə də onu deyirdim ki, ölsəm şəhid olum, amma heç ağlamasın, başını dik tutsun.

- Sonuncu döyüş Şuşada olub?

- Bəli, Şuşaya kimi gedib çata bildim. Amma ayın səkkizi qismət məni bu dünyadan əbədi evimə apardı...

- Bəs evdə olarkən marağınız nədə idi?

- Evə tez gələndə oğlumla oynayardım, amma adətən gec gəlirdim. Sənədli filmləri çox bəyənirdim. Kitab oxuyurdum, nə bilim, hər kəs necə mən də elə (gülümsəyir).

- Hər kəs kitab oxumur, Kapitan.

- Ola bilər, kitablar insanın həyata baxışını dəyişir.

- Vətənə sevgini kitablardan mı öyrəndiniz?

- Yox, o sevgilə insan anadan olur, qanında olmadısa demək heç olmayacaq. Vətən sağ olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti