...

Yaxın zamanlarda əsirlərin mübadiləsi baş tutacaq - Paşinyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2020 13:26 (UTC +04:00)
Yaxın zamanlarda əsirlərin mübadiləsi baş tutacaq - Paşinyan

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin mübadiləsi haqqında danışıb.

Trend-in məlumatına görə, N.Paşinyan bu gün video-müraciətində əsirlərin mübadiləsinin yaxın zamanlarda baş tutacağını bildirib:

"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti