...

Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2021 16:30 (UTC +04:00)
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunub ki, 2020-ci ilin dekabrında Füzuli rayonunda beynəlxalq hava limanının, avtomobil yolunun və digər zəruri infrastrukturun tikintisinə hazırlıq işlər başlayıb.

Bununla əlaqədar olaraq regionda mina və digər partlamamış sursatların miqyasının müəyyənləşdirilməsi üçün tədqiqat işləri aparılıb.

COVID infeksiyası ilə əlaqədar yaranmış bir sıra logistik problemlərə baxmayaraq, "Aardvark" komandası işlər 14 günlük müddətdə bitirə bilməsi üçün 24 saat işləyib.

Şirkətin baş direktoru Devid Sent-Con-Kler bildirib ki, minalardan təmizləmə layihəsi Füzuli beynəlxalq hava limanının təhlükəsiz tikintisini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti