...

UKRAYNA VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİ NEFT-QAZ SAHƏSİNDƏ BİRGƏ LAYİHƏLƏRİN GERÇƏKLƏŞDİRİLMƏSİ İMKANINI MÜZAKİRƏ EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2005 21:26 (UTC +04:00)

Ukrayna və Azərbaycan prezidentləri Viktor Yuşenko və İlham Əliyev iyunun 16-da Kiyevdə neft-qaz sahəsində birgə layihələrin gerçəkləşdirilməsi imkanını müzakirə edib. Trend agentliyi xəbər verir ki,prezidentlər digər sahələrdə də ikitərəfli əməkdaşlıq imkanlarını, regional əməkdaşlıq, münaqişələrin həll edilməsi məsələlərini müzakirə edib.Bununla belə görüşdə əsas yeri GUAM təşkilatı çərçivəsində gələcək əməkdaşlıq məsələsi tutub.

V.Yuşenko İ.Əliyevə bildirib ki, iyunun 17-də Kiyevdə beynəlxalq iqtisadi forum çərçivəsində "Mrіə", An-70 və An-148 Ukrayna təyyarələrinin təntənəli uçuşları keçiriləcək və o, Azərbaycan tərəfini aviasiya sahəsində əməkdaşlığa dəvət edib.

Öz növbəsində Azərbaycan prezidenti Ukrayna ilə iqtisadi əməkdaşlığı perspektivli əməkdaşlıq adlandırıb. "Biz ikitərəfli münasibətlərimiz çərçivəsində əməkdaşlığın, o cümlədən iqtisadi əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçiririk. Neft-qaz sahəsində, bizim nəqliyyat, kommunikasiya layihələri çərçivəsində, kənd təsərrüfatı və digər istiqamətlərdəçox yaxşı perspektivli əməkdaşlıq var"-deyə dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti