...

DÜNYA BANKI AZƏRBAYCANDA MƏHKƏMƏ SİSTEMİ ÜZRƏ SORĞUNUN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2005 14:30 (UTC +04:00)

Dünya Bankı Azərbaycanda böyük istifadə olunmamış potensiala malik olanməhkəmə sisteminin inkişafının dəstəklənməsini genişləndirməyi təklif edir. Trend agentliyinin məlumatına görə, belə bir bəyanat DB-nın 2005-ci ildə Şərqi Avropa və Mərkəzi Asiyada ölkələrindəki bank sistemlərindəki vəziyyət barədə hesabat üzərində işin yekunlarına dair interenet konfransın gedişindəsəslənib.

Hesabatda biznes strukturları arasında qarşılıqlı münaibətlər və dünyanın müxğtəlif ölkələrinin, o cümlədən Azərbaycanınməhkəmə instansiyaları barədə sorğunun nəticələr əks olunub.

Sorğunun keyfiyyəti barədə yerli və xzarici şirkətlərin rəhbərləri çıxış edib.

Mətbuat konfransının gedişində bankın təmsilçiləri üç ildə bir dəfə keçirilən sorğunun yekunlarının ayrı-ayrı detalları barədə danışıblar. Məlum olub ki, Azərbaycanda respondentlərin 50 faizindən çoxuməhkəmə qərarlarının yerinə yetirilməsi dərəcəsindən razı qaldıqlarını bildiriblər ki, bu da DB-nın nümayəndələrinin fikrincə, sözsüz ki, "müsbət məqamdır". Azərbaycan və Serbiya və Çernoqoriya Respublikalarının məhkəmələrinin işi arasında paralellər aparan DB-nın nümayəndələri bildiriblər ki, Azərbaycanda məhkəmə sistemi "daha effektlidir".

Lakin DB-nın fikrincə, bu sahədəAzərbaycanda müəyyən çatışmamazlıqlar var. Belə ki, sahibkarların yalnız 10 faizi Azərbaycan məhkəmələrinin işi ilə bağlı narahatlıqlarını bildiriblər. "Bu əlbəttə məhkəmələrin işinin peşəkarlığı ilə bağlı ola bilər, hərçənd ki, biz belə hesab edirik ki,məsələ Azərbaycanda biznes mühitinin kifayət qədər inkişaf etməməsindədir". DB-dan bildiriblər ki, "Azərbaycanda sahibkarlıq mühitininməhkəmə orqanları ilə əlaqələri pisdir". "Hesabat Azərbaycan iqtisadiyyatına marağı artırmağa imkan verir" - deyə Dünya Bankının nümayəndəsi qeyd edib.

Hesabatın tam mətni bu ilin sentyabrında DB-nın Azərbaycandakı nümayəndəliyində tərcümə ediləcək.

Xəbər lenti

Xəbər lenti