...

İLHAM ƏLİYEV BƏYAN EDİB Kİ, AZƏRBAYCAN-ERMƏNİSTAN DANIŞIQLARI MÜSBƏT İSTİQAMƏTDƏ APARILIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 15:00 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Azərbaycan-Ermənistan danışıqları müsbət məcrada davam etdirilir". Trend agentliyi xəbər verir ki, iyunun 30-da bu barədə AR prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda birgə keçirilən mətbuat konfransında bəyan edib.

Dövlət başçısının sözlərinə görə, bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq prinsiplərə əsaslanır. "Bu münaqişənin sülh yolu ilə həll edilməsinə hələlik ümid var. Əks halda danışıqların heç bir mənası olmazdı" -deyə İ.Əliyev bəyan edib.

O, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir və ilk dəfə olaraq Ermənistan hüquqi cəhətdən təcavüzkar ölkə kimi tanınıb. "Şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərqərar ediləcək, amma bunun üçün vaxt tələb olunur" -deyə o bəyan edib.Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın mövqeyi yalnız ümid üzərində qərar tutub və beynəlxalq ictimaiyyət bunu tanımayacaq.İndiyədək Ermənistanın qeyri-konstruktiv mövqeyi bu məsələnin həllinə imkan vermirdi" -deyə İ. Əliyev bəyan edib.

Öz növbəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi nizama salınanadək Ermənistan-Türkiyə sərhədi açılmayacaq. "Yeni şərtlər var, biz bunları müzakirə edirik. Amma bunlar sərhədin açılmasına aid deyil" -deyə Türkiyənin baş naziri bəyan edib.

Xəbər lenti

Xəbər lenti