...

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZAN GÖRÜŞLRİNİN YEKUNLARI ÜZRƏ SƏNƏD İMZALANMAYACAQ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2005 12:50 (UTC +04:00)

Kazanda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların növbəti raundunun yekunları üzrə hər hansı bir sənədin imzalanması gözlənilmir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kazanda bildirib. O, avqustun 27-də Kazanda dövlət başçıları səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə dair hər hansı bir sənədin imzalanacağı haqqında yayılmış məlumatları təkzib edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri Kazan şəhər bələdiyyəsinə Moskva vaxtı ilə saat 11:00-da gəliblər. Geniş danışıqlarda iştirak etmək məqsədilə hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ), Bernar Fasye (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də Kazandadırlar.

Danışıqların 2-3 saat davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti