...

Qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2005 12:04 (UTC +04:00)

Noyabrın 29-da Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qonuşların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinədn məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həyata gerçəkləşəcək.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski və İmre Palatinus, qarşı tərəfdə isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Harri Eronen, Piter Ki və Jiri Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti