...

2006-cı ildə Azərbaycanda məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə daha 2 layihə həyata keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2005 12:57 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə daha 2 layihə həyata keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsində bildirilib.

Layihələri beynəlxalq humanitar təşkilatları - Norveç qaçqınlar şurası və İsveçin əməkdaşlıq Təşkilatı həyata keçirəcək.Layihələr Füzuli rayonunun Yuxarı Kürdəxanlı kəndində evlərin bərpa edilməsi və yeni qəsəbənin inşasını əhatə edir. Hər iki layihənin ümumi məbləği $2 mln. təşkil edir. Dövlət strukturunda bildirilib ki, maliyyələşdirmənin bir hissəsi Azərbaycan hökumətinin payına düşür və hökumət artıq dövlət büdcəsindən $189 min ayrılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti