...

Vasitəçilərdən ibarət nümayəndə heyəti Ermənistanın xarici işlər naziri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2006 13:08 (UTC +04:00)

Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, ABŞ dövlət katibinin köməkçisi Daniel Frid, Fransa XİN-in siyasi məsələlər üzrə direktoru Stanislas D'Labule və ATƏT-in Minsk Qrupu həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşüb.

Mediamaks agentliyinin xəbər verdiyi kimi, vasitəçilərdən ibarət nümayəndə heyəti yerli vaxtla saat 16:00-da Ermənistan prezidenti Robert Koçaryanla görüşəcək.

ABŞ səfirliyindən verilən məlumata görə, Ermənistan prezidenti ilə görüşdən sonra vasitəçilər Mariott otelində bəyanatla çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti