...

İyulun 2-də Banstorf şəhərində açıq havada Xocalı soyqırımı ilə bağlı sərgi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2006 15:26 (UTC +04:00)

Almaniyanın Bremen şəhərində açıq havada Xocalı soyqırımı ilə bağlı sərgi keçirilib. Trend xəbər verir ki, sərgidə Bremen şəhərinin bələdiyyə başqanı və jurnalistlər də iştirak edib.

Avropa İnsan Haqları Təşkilatının Saksoniya üzrə təmsilçisi Rəhmi Tuncay sərginin məqsədi barədə mediaya açıqlama verib. Sərgiyə gələn qonaqlara Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı vəsait paylanılıb.

Onu da bildirək ki, növbəti belə tədbirin iyulun 2-də Banstorf şəhərində keçirilməsi nəzərdə tutulur. Bu tədbir iyunun 19-23-də Almaniyanın Saksoniya vilayətində nəzərdə tutulmuşdu. Amma ermənilər tədbirin keçirilməsinə mane oldular. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı belə tədbirlərin keçirilməsi 2006-cı ilin martından başlanılıb.

Xəbər lenti

Xəbər lenti