...

Araz Əzimov: "Azərbaycanın kompakt yaşayış yerlərində ermənilər özünüidarəetmənin müəyyən mexanizmlərindən istifadə edə bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2006 14:06 (UTC +04:00)

Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən Dağlıq Qarabağın erməni icması özünüidarətemə ilə bağlı konstitusiya hüququndan ölkənin ərazi bütövlüyü çərçivəsində hərtərəfli istifadə edə bilər. Ermənilər kompakt yaşayış yerlərində özünüidarəetmənin müəyyən mexanizmlərindən yararlana bilər. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 3-də jurnalistlərlə söhbətində Azərbaycan XİN başçısının müavini Araz Əzimov bildirib.

"Dünya praktikasında bir çox modellər var. Biz müəyyən mərhələdə bu regionun reallıqları əsasında modelin hazırlanması məsələsini müzakirə etməyə hazır olacağıq", - deyə o qeyd edib. Nazir müavinin sözlərinə görə, ilk növbədə Azərbaycan ərazilərini erməni işğalından azad etmək lazımdır. O bildirib ki, rəsmi Bakı bu mövqedən çıxış edib və edəcək.

"Hər iki tərəf etiraf edib ki, bu mərhələdə status məsələsinin müzakirəsi qeyri-mümkündür. Bu məsələ ilə bağlı razılılq ədə etmək üçün müəyyən şərait yaratmaq lazımdır", - A.Əzimov qeyd edib.

O əlavə edib ki, hər iki icmanın Dağlıq Qarabağda birgə yaşaması üçün əvvəlcə şərait yaratmaq lazımdır. Bunun üçün ilk növbədə öz evlərinə qayıdacaq azərbaycanlıların təhlükəsizliyini təmin etmək zəruridir.

Bundan başqa, həm Dağlıq Qarabağda, həm də onun ətrafında yerləşdirilmiş erməni hərbi birləşmələri də geri qayıtmalıdır.

Xəbər lenti

Xəbər lenti