...

Azərbaycanda minalardan zərər çəkmiş 1883 nəfərin fiziki və ictimai reabilitasiyaya ehtiyacı var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2006 13:24 (UTC +04:00)

Azərbaycanda 1883 nəfər minalardan zərər çəkmiş şəxsin fiziki və ictimai reabilitasiyaya ehtiyacı var. Bu barədə Trend ə Azərbaycan ərazilərini minalardan təmizləmə üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu şəxslərə yardım göstərmək üçün Agentlik BMT-nin İnkişaf Proqramı ilə birgə layihə həyata keçirir. Bu layihə çərçivəsində 20 gün ərzində 120 nəfər Mərdəkanda yerləşən müharibə əlilləri üçün pansionatda reabilitasiya kursları alacaq.

Hazırda onların 18 nəfəri reabilitasiya kursu keçir. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti