...

Dağlıq Qarabağ problemi Türkiyənin İşbirliyi və Kalkınma Təşkilatının təşəbbüsü ilə keçiriləcək beynəlxalq konfransda müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2006 11:41 (UTC +04:00)

İyulun 11-də İstanbulda Türkiyənin İşbirliyi və Kalkınma Təşkilatının təşəbbüsü ilə beynəlxalq konfrans keçiriləcək. Trend xəbər verir ki, bir həftə davam edəcək konfransda ümumi problemlər və Dağlıq Qarabağ məsələsi geniş müzakirə obyekti olacaq.

Konfransda Dağlıq Qarabağ probleminin həlli istiqamətində iş birliyinin yaradılması, əlaqəli fəaliyyətin göstərilməsi üçün konkret addımların atılması nəzərdə tutulub.

Konfransda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və "Asiya dialoqu" təşkilatının rəhbəri Sevil Nuriyeva da iştirak edəcək. Onların hər biri müzakirə ediləcək məsələlərlə bağlı öz fikir və təkliflərini bildirəcək.

Xəbər lenti

Xəbər lenti