...

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar məsələsi AŞPA-nın payız sessiyasında müzakirə oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2006 19:34 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların törədilməsi məsələsi AŞPA-nın payız sessiyasında müzakirə oluna bilər. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib.

Onun sözlərinə görə, Avropa Şurası işğal olunmuş Azərbaycan torpaqlarındakı yanğınlarla bağlı vəziyyəti öyrənmək və bununla həmin problemin həllinə tövhə vermək üçün ekpertlərini bu əraziyə göndərəcək.

Əgər Azərbaycanın təklifi qəbul olunarsa, həmin məsələ üzrə məruzəçi də seçilə bilər.

Xəbər lenti

Xəbər lenti