Sentyabrın 12-də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk və Piter Ki, qarşı tərəfdə isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirib.
Qeyd edək ki, "Lider TV" monitorinq zamanı ermənilər tərəfindən monitorinqin keçirildiyi əraziyə mərmi atılması və bunun nəticəsində bir yaşayış evinin dağılması barədə məlumat yayıb.