"GUAM ölkələrindəki mövcud konfliktlər barədə müzkirələrin BMT-nin Baş Assambleyasının gündəliyinə salınması Azərbaycan üçün çox böyük uğurdur". Bu fikirləri Trend ə açıqlamasında politoloq, keçmiş dövlət müşaviri Vəfa Quluzadə bildiib.
Qeyd edək ki, Gürcüstan, Ukranya, Azərbaycan və Moldovanın (GUAM) BMT-dəki təmsilçiləri avqustun 10-da Baş Assambleyaya müraciət edərək "GUAM ölkələri ərazisində uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı məsələnin 61-ci sessiyanın gündəliyinə salınması təklifilə çıxış ediblər. Baş Assambleyanın sentyabrın 13-də keçirilən iclasında bu məsələnin gündəliyə salınmasına dair qərar çıxarılıb.
Vəfa Qulazadə qeyd edib ki, BMT-nin Baş Assambleyasında aparılacaq müzakirələr Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə həlli üçün yaxşı başlanğıcdır. Amma eyni zamanda politoloq hesab edir ki, bundan tez bir zamanda nəticə gözləmək düzgün deyil: "Çünki, mən hesab edirəm ki, bu konflikt hələ davam edəcək və uzun çəkəcək. Amma yenidən BMT-də müzakirəyə çıxarılmasını ilkin olaraq əla qiymətləndirirəm və hesab edirəm ki, bu, Azərbaycan üçün həm də bir təsəllidir. Çünki artıq Rusiya və Ermənistan bundan matəmə batıblar".
Politoloqun sözlərinə görə, Ermənistanın, Minsk qrupundakı həmsədr dövlətlərin istədiyi kimi, sülh danışıqlarında ATƏT-in Minsk qrupunun vasitəçiliyi isə heç bir nəticə vermir.