...

Almaniyanın Diefolz şəhərində Ermənistanın işğalçı siyasətini əks etdirən növbəti foto-sərgi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2006 18:12 (UTC +04:00)

Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Almaniyanın Barnstorf və Zike şəhərlərində Ermənistanın işğalçı siyasətini əks etdirən foto-sərgi keçirib. Trend xəbər verir ki, sərgidə Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə nəticəsində doğma yurdlarından didərgin düşən yüz minlərlə insanı, eləcə də Xocalı soyqırımını əks etdirən fotolar nümayiş etdirilib.

Fotosərgidə Almaniyanın ictimai-siyasi təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda Xocalı soyqırımından və Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib. Növbəti belə tədbir oktyabrın 1-də Almaniyanın Diefolz şəhərində keçiriləcək.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Müdafiə Təşkilatının təşəbbüsü ilə belə tədbirlər Almaniyanın Bruxhauzen, Ştur, Braki, Bremen şəhərlərində keçirilib.

Xəbər lenti

Xəbər lenti