...

Qarabağ Azadlıq Təşkilatı Fransa parlamentinin rüsvayçı qərarına etiraz olaraq keçirilən aksiyalarına dağıdılmasını pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2006 15:27 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Fransa parlamentinin rüsvayçı qərarına və ermənipərəst mövqeyi ilə bağlı bu ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına hüquq-mühafizə orqanları tərəfindən imkan verilməməsini, aksiya iştirakçılarına zoakılıq edilməsini pisləyir. Trend in məlumatına görə, bu fikirlər QAT-ın oktyabrın 14-də yaydığı bəyanatdandır.

"Fransa parlamenti Azərbaycan və Türkiyəyə, bütün islam və türk dünyasına qarşı həqarətli mövqe tutaraq işğalçı Ermənistanı açıq şəkildə müdafiə edib. Ona görə də Fransa parlamentinin qərarının dəyişdirilməsi, bu ölkə ilə diplomatik, siyasi, iqtisadi və mədəni əlaqələrin kəsilməsi, Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması, onun ərazisində Qarabağla bağlı hər hansı danışıqların aparılmaması tələbləri ilə aksiyaların keçirilməsi təbii qarşılanmalıdır. QAT keçirilən etiraz aksiyalarının qaşısının alınmamasını tələb edir. Əks halda, baş verə biləcək qarşıdurmaların məsuliyyəti hakimiyyətin üzərinə düşəcək"-deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti