...

Böyük Britaniya ATƏT-in Minsk qrupuna Qarabağ məsələsində yardım göstərməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2006 12:49 (UTC +04:00)

Böyük Britaniya ATƏT-in Minsk qrupuna Qarabağ məsələsində yardım göstərməyə hazırdır. Bu barədə çərşənbə axşamı Yerevanda Böyük Britaniyanın Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Brayan Foll (Bryan Fall) Ermənistanın müdafiə naziri Serj Sarkisyanla görüşdə bildirib. Bu barədə Trend Novosti-Armeniya saytına istinadən xəbər verir.

"Erməni dövlətinin qarşılaşmanı sülh yolu ilə həll etmək istəyini salamlayan B.Foll nazirə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Böyük Britaniyanın ATƏT Minsk qrupunun işinə yardım etməyə hazır olduğunu bildirib", - deyə Ermənistan müdafiə nazirinin mətbuat katibi, polkovnik Seyran Şahsuvaryan B.Folun "Novosti-Armeniya" agentliyinə dediyi fikirləri sitat gətirib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin qarşılıqlı görüşləri atəşkəs rejiminin qorunmasında faydalıdır. Həmsöhbətlər oktyabrın 20-də Ermənistan və Azərbaycan müdafiə nazirlərinin Ermənistan-Azərbaycan sərhəddində İcevan-Qazax ərazisindəki görüşünü müzakirə ediblər.

B.Foll görüşdə həmçinin bir faktı da vurğulayıb ki, həmin bölgədə Britaniyanın "Uilson Park" mərkəzi tərəfindən ilk dəfə təşkil olunmuş "Cənubi Qafqaz: dərk etmələr və çağırışlar" konfransı məhz Ermənistanda keçirilir.

Öz işinə noyabrın 7-də başlamış üçgünlük konfrans iştirakçıları Cənubi Qafqazın problem və imkanlarını, eləcə də bölgənin hökümət və sahibkarlarının qarşısında duran iqtisadi inkişaf və investisiyaların stimullaşdırılması məsələlərini müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti