...

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etmir və gələcəkdə bununla məşğul olmağı planlaşdırmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2006 11:26 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, NATO-nun mətbuat katibi Ceyms Appaturay /James Appaturai/ bəyan edib ki, "alyans Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etmir və gələcəkdə bununla məşğul olmağı planlaşdırmır".

Mediamaksın Riqadakı xüsusi müxbirinin məlumatında deyilir ki, Ceyms Appaturayın sözlərinə görə, NATO-nun mövqeyi bundan ibarətdir ki, "ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda çox mühüm rol oynamaqda davam edir".

Azərbaycanla intensiv dialoqun başlanması perspektivləri ilə bağlı sualı cavablandıran alyansın mətbuat katibi qeyd edib ki, "Azərbaycan bu cür təkliflə NATO-ya müraciət etməyib".

Xəbər lenti

Xəbər lenti