...

Dekabrın 13-də Ermənistanın Moskvadakı səfirliyinin qarşısında Dağlıq Qarabağdakı qanunsuz referenduma qarşı piket keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2006 17:58 (UTC +04:00)

Dekabrın 13-də Ermənistanın Moskvadakı səfirliyinin binasının qarşısında azərbaycanlı gənclərin dekabrın 10-da keçirilmiş "DQR konstitusiyası üzrə referendum"a qarşı etiraz aksiyası keçiriləcək. Tədbirin təşkilatçıları qismində "Qarabağ" Beynəlxalq Fondu və Azərbaycan gənclərinin koordinasiya şurası (AGKŞ) çıxış edəcək.

Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, müvafiq xəbərdarlıq Moskva şəhəri Mərkəzi administrasiya dairəsinin prefekturasına göndərilib. Sənəddə qeyd olunub: "Qondarma "DQR" suveren Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunmuş hissəsində qanunsuz, süni olaraq yaradılmış separatçı-ekstremist, quldur-terror törəməsidir. Bu törəmə beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb, çünki Azərbaycanın indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bir hissəsidir. Bunu bütün beynəlxalq ictimaiyyət, o cümlədən də rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və tanınmasından ibarət olan Rusiya da tanıyır".

Azərbaycanlıların etiraz aksiyası aşağıdakı şüarlar altında keçəcək: "Rusiya və Azərbaycan - strateji tərəfdaşlardır!", "Rusiya və Azərbaycan xalqları - qardaş xalqlardır!", "Rusiya və Azərbaycan xalqları - bütün separatçı, ekstremist, quldur və terrorçulara qarşı!", "Erməni separatçıları digərlərindən heç nə ilə fərqlənmir!", "Qarabağ- Azərbaycandır !", "Ermənistan - təcavüzkar və işğalçıdır!", "Qukasyan= Dudayev, Məshədov, Raduyev və b.!".

Moskva mərkəzi inzibati dairəsindən gələn cavab məktubunda qeyd olunub ki, "prefektura xəbərdarlıqda qeyd olunmuş məqsədlə bir qrup vətəndaş tərəfindən dekabrın 13-də piketin keçirilməsinə etiraz etmir".

Xəbər lenti

Xəbər lenti