...

Səfir: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2007 13:31 (UTC +04:00)

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bütün addımlara dəstək verəcək. Trend xəbər verir ki, bu barədə yanvarın 16-da Bakıda keçirilən Avropa İttifaqında 2007-ci ildə Almaniyanın sədrliyinə həsr olunmuş mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Per Stankina bildirib.

Diplomat qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz: "Bunu tərəflər həll edə bilər. Dünya xalqlarının problemlərini həll etmək üçün BMT də mövcuddur".

Səfir həmçinin vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu daha fəal olmalıdır.

Xəbər lenti

Xəbər lenti