...

Ermənilər meşə sahələrimizi məhv edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2007 13:08 (UTC +04:00)

Tərtər rayonun Borsunlu kəndinin ərazisində yerləşən 18 hektar meşə sahəsini Ermənistan Silahlı Qüvvələri məhv edib. Bu barədə Trend in bölgə müxbiri xəbər verir. Kənd sakinlərinin sözlərinə görə, müxtəlif növ, əsasən də meyvə ağacları ilə zəngin olan meşəni erməni hərbiçiləri 1994-cü ildən bu günə qədər doğramaqddadırlar: ağaclar kəsilir, odun yanacağı kimi istifadə edilir. Meşələrin qırılmasının əsasən qış aylarında müşahidə olunduğunu deyən sakinlər ağacların doğranmasında texnikadan da istifadə olunduğunu bildirir.

Kənd camaatı onu da bildirir ki, ermənilər meşəni elə bir vəziyyətə salıb ki, artıq ağacları barmaqla saymaq olar.

Məsələ ilə bağlı Borsunlu kənd icra nümayəndəliyindən Trend ə bildiriblər ki, bununla bağlı əlaqədar orqanlara müraciət olunub. İcra nümayəndəliyindən onu da bildirdilər ki, ermənilər ağacları doğramaqla bərabər təbiətimizi məhv edib.

Xəbər lenti

Xəbər lenti