...

Bernard Fasiye: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərilə bağlı məsələ növbəti həftə müəyyənləşəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2007 17:34 (UTC +04:00)
Bernard Fasiye: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərilə bağlı məsələ növbəti həftə müəyyənləşəcək"

Azərbaycan, Bakı/ Trend /müxbir A.Qasımova/ ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərilə bağlı məsələ gələn həftə müəyyənləşəcək. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasiye məlumat verib.

Hazırda Minsk Qrupu vasitəçiləri martın ortalarında Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçün tərəflərin razılığını gözləyir. Bütün məsələlər növbəti həftə tərəflərin iştiraklarını təsdiqləyən cavbların alnmasından sonra bəlli olacaq.

Daha öncə Azərbaycanını xarici işlər naziri Elmar Məmmədyarov martın 13-14-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Cenevrədə erməni həmkarı V.Oskanyanla görüşə hazır olduğunu bildirmişdi.

Cenevrə görüşü ərəfəsində ATƏT-in Minsk Qrupu həmsədrlərindən birinin Bakı və İrəvana səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti