...

ATƏT MQ-nin fransalı həmsədrinin fikrincə, Kosovo Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 10:55 (UTC +04:00)
ATƏT MQ-nin fransalı həmsədrinin fikrincə, Kosovo Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Rusiyalı həmkarı Yuri Merzlyakovdan fərqli olaraq, Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye dünən mətbuat konfransında bəyan edib ki, Kosovo variantı Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz.

O, həmçinn Yuri Merzlyakovun bu mövqeyini şərh etməyib və bildirib ki, bu münaqişələrin hər birinin öz xüsusiyyəti var. "Mən Xankəndində bəyan etdiyim fikri təkrar edirəm - Kosovoda vəziyyət postsovet dövlətlərindəki münaqişələrdən fərqlənir".

Avropa Birliyinin ATƏT-in Minsk qrupunun işinə qoşulması vacibliyi bəyanatlarına toxunan B.Fasye qeyd edib ki, Avropa Birliyi münaqişənin həllinə təşəbbüs göstərə bilər və hazırda bu iş gedir. Lakin danışıqlarla bilavasitə ATƏT-in Minsk qrupu məşğul olur.

Həmsədrin sözlərinə görə, həm böyük səkkizlik, həm də Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi bəyan ediblər ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirlər və bu da "siyasi dəstək"dir.

B.Fasye həmçinin deyib ki, Avropa Birliyi təhsil, ictimai rəyin inkişafı, Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa olunması məsələlərində vacib rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti