...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini növbəti görüşə çağırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2007 11:12 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini növbəti görüşə çağırırlar

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Belqraddakı görüşünün yekunlarına dair bəyanat veriblər. Bu barədə ATƏT-in Bakı ofisinin yaydığı sənəddə bildirilir.

Bəyanatda qeyd olunub ki, görüşdə həmsədrlərin Dağlıq Qarabağ nizamlanması ilə bağlı təklif etdiyi əsas prinsiplər müzakirə olunub. Həmsədrlər qeyd ediblər ki, tərəflər prosesi prezidentlər İlham Əliyevlə Robert Köçəryanın müzakirə edəcəyi nöqtəyə yaxınlaşdırıblar.

Həmsədrlər regiona mayda səfər edəcəklər və görüşü yüksək səviyyədə təşkil etmək məqsədilə hər iki prezidentlə danışıqlar aparacaqlar.

Vasitəçilər əmindirlər ki, bu görüş əsas prinsiplər ətrafında aparılan danışıqlarda nöqtə qoymalıdır və regionda uzunmüddətli sülh və sabitliyə aparacaq yolun açılması üçün hərtərəfli razılaşmanın inkişaf prosesinin başlanğıcı olacaq.

Həmsədrlər yenidən Azərbaycan və Ermənistan liderlərinin öz cəmiyyətlərini sülhə hazırlamaqlarının vacibliyini önə çəkirlər. Onlar tərəflər arasında qarşılıqlı inam mühitinin bərpasına yardım edə biləcək tədbirlər görməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti