...

Azərbaycan qoşunlarının təmas xəttində yeni tibb məntəqələri inşa edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Böyük Britaniyanın "OXFAM" təşkilatının təşəbbüsü ilə Azərbaycanın Goranboy, Tərtər, Ağdam rayonlarında yeni tibb məntəqələri inşa edilib, həmçinin əsaslı təmir və bərpa işləri aparılıb. Təşkilatın Azərbaycan üzrə layihə direktoru Şövkət Əlizadə bazar ertəsi bu barədə Tərtər rayonunda açıqlama verib.

Qoşunların təmas xəttində yerləşən yaşayış massivlərində ümumilikdə 11 tibb məntəqəsi tikilib, 29-da isə əsaslı təmir-bərpa işləri aparılıb. Məntəqələrdə pulsuz səhiyyə xidməti göstərilir, Azərbaycan vətəndaşlarına dərman preparatları verilir.

Xəbər lenti

Xəbər lenti