...

Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri həmsədrlərin bölgəyə səfərini Qarabağ nizamlanmasının aktivləşdirilməsi fürsəti kimi dəyərləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend C.Ağayeva/ Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərini Qarabağ nizamlanmasının aktivləşdirilməsinin növbəti fürsəti kimi dəyərləndirir. Bu sözləri çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycanın rəsmi nümayəndəsi növbəti dəfə ölkənin mövqeyini ifadə edərək bəyan edib ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda regiondadırlar. Onlar hər iki tərəflə danışıqları davam etdirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti