...

Amerikalı politoloq: Ermənistan tərəfi Dağlıq Qarabağ tənzimlənməsinin olduğu vəziyyətdə qalmasında maraqlıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2007 14:56 (UTC +04:00)
Amerikalı politoloq: Ermənistan tərəfi Dağlıq Qarabağ tənzimlənməsinin olduğu vəziyyətdə qalmasında maraqlıdır

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Con Hopkins Universitetinin (ABŞ) Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun direktorou Svante Kornell hesab edir ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 10 ildir ki, müşahidə olunan vəziyyətdə qalmasında (status-kvo) maraqlıdır.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Çərşənbə günü Bakıda jurnalistlərə müsahibə verən Kornell qeyd edib ki, status-kvo hazırkı Ermənsitan rəhbərliyinə sərf edir, amma Azərbaycanda bu arzuolunan deyil, bu cür vəziyyətə son qoymaq lazımdır. "Bu gün Ermənistan təbliğatı dünyada 10 il bundan əvvəl olduğu kimi deyil. Demək olar ki, bütün dünya ölkələri Azərbaycan torpaqlarının işğal olunduğunu və təcavüzün nə olduğunu bilir. Burda təcavüzkar Ermənistandır",-deyə ekspert qeyd edib.

Kornell qeyd edir ki, Rusiya və Ermənistan iqtisafi və hərbi sahədə sıx əməkdaşlıq edir. "Rusiya hökuməti göstərmək istəyir ki, (münaqişənin sülh yolu tənzimlənməsində) həm Ermənistanı, həm də Azərbaycanı dəstəkləyir. Amma fakta baxmaq lazımdır. Fakt isə belədir ki, Rusiya hərbi qüvvələri Ermənistan ərazisində yerləşib, Rusiya Ermənistanı bu yolla dəstəkləməklə Azərbaycanla olan münasibətləri korlayır", - deyən amerikalı politoloq əlavə edib ki, Azərbaycan məqsədyönlü şəkildə Qərb dövlətləri ilə əlaqələrini genişləndirir və dərinləşdirir.

Svante Kornell həmçinin bildirib ki, davam edən iqtisadi artımı və neftdən gələn bu artımın cəmiyyətdə müntəzəm olaraq yayılması Azərbaycanın siyasi inkişafına da təsir göstərib. "Azərbaycanda demokratiyanın vəziyyətinə gəldikdə isə, onu bir günə həll etmək olmaz. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda demokratiyanın inkişafına əngəl törədən amildir. Belə ki, bu ölkədə qeyri-stabillik yaradır", - deyə Amerikanın Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti