...

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik və onun səhra köməkçisi Miroslav Vimetal keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Günter Folk və Jaslan Nurtazin keçirəcəklər.

Tərtər paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti