...

"Səkkizlik" XİN başçılarının bəyanatı - "Dağlıq Qarabağ problemi həll olunmayanadək bölgədə sülh və əmin-amanlığın bərqərar olması mümkün deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2007 11:17 (UTC +04:00)
"Səkkizlik" XİN başçılarının bəyanatı - "Dağlıq Qarabağ problemi həll olunmayanadək bölgədə sülh və əmin-amanlığın bərqərar olması mümkün deyil"

Dağlıq Qarabağ problemi həll olunmayanadək bölgədə sülh və əmin-amanlığın bərqərar olması mümkün deyil. Bunu Postdamda "səkkizlik" xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün sədri bəyan edib. Dağlıq Qarabağ problemi isə görüşün gündəliyində yer almayıb.

"Səkkizliyin" XİN başçılarının vahid rəyi budur ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistanla Azərbaycan arasındakı mübahisənin həlli vacibdir" - deyə bəyanatda vurğulanıb.

"Səkkizliyin" nazirləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyirlər, habelə Ermənistan və Azərbaycan prezidentlərini vasitəçilərin əsas prinsiplərilə bağlı razılığa gəlmək üçün səylərini artırmağa çağırırlar.

"Bununla bağlı biz prezidentlərin 2007-ci il iyulun 9-da Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində görüşmək niyyətini alqışlayırıq. Onları əsas prinsiplərlə bağlı razılaşmağa çağırırıq ki, münaqişənin sülh yolu ilə həlli üçün yol açılsın " - deyə bəyanatda qeyd edilib. Bu barədə məlumatı "RİA Novosti" agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti