...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların gələcək konturlarının müəyyən olunması üçün vaxt istəyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların gələcək konturlarının müəyyən olunması üçün vaxt istəyiblər. Bunu bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib

Onun sözlərinə görə, Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin tənzimlənməsi üzrə danışıqların davam etdirilməsi fikrindədirlər. O, Ermənistanın da sülh prosesinin davam etdirilməsinin tərafdarı olduğuna ümid etdiyini bildirib.

İyunun 9-da Sankt -Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti