...

Erməni hərbçilərinin atəşkəsi pozması haqda ATƏT nümayəndələrinə məlumat verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri çərşənbə günü Azərbaycanın Füzuli rayonunda cəbhə xəttində monitorinq keçiriblər. Əvvəlcə Füzuli rayon icra başçısı Nəbi Muxtarovla görüşən ATƏT nümayəndələri Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması halları ilə maraqlanıblar.

İcra başçısı Muxtarov bildirib ki, erməni hərbi birləşmələri qoşunların təmas xəttində tez-tez atəşkəsi pozur, yaşayış məntəqələrini və Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini mütəmadi olaraq atəşə tuturlar. Bu isə cəbhə xəttinə yaxın yerləşən torpaq sahələrində sakinlərin əkin-biçinlə məşğul olmasına imikan vermir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir və Azərbaycanla Ermənistan arasında vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti