Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində irəliləyiş gözləmək çətindir. Bunu çərşənbə axşamı Beynəlxalq böhran qrupu Qafqaz layihəsinin direktoru Maqdalena Fritçeva bildirib.
Prezidentlər İlham Əliyev və Robert Köçəryanın son Sankt-Peterburq görüşünü şərh edərkən o qeyd edib ki, dialoqun davam etdirilməsi müsbət addımdır və əsas odur ki, o, bütün səviyyələrdə davam etdirilsin.
Fritçeva bildirib ki, iyul ayında Böhran qrupu Dağlıq Qaraabağ üzrə üçüncü hesabatını təqdim edəcək. Yeni hesabat qrupun 2005-ci ildəki sonuncu hesabatınadan bəri inkişaf prosesini əhatə edəcək. Hesabatda hər iki cəmiyyətin inkişaf dinamikası və tendensiyası nəzərdən keçiriləcək.
Böhran qrupunun rəhbəri bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tərəfindən hərbi əsirlərlə bağlı KİV-də gedən mövzular isə güman ki, siyasi maraqları əks etdirir.