...

Zaman Azərbaycanın xeyrinə işləyir – Ermənistanın keçmiş rəhbərləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2007 21:07 (UTC +04:00)

Qarabağ probleminin tənzimlənməsinin hazırkı mərhələsində zaman Azərbaycanın xeyrinə işləyir və bununla paralel olaraq hərbi əməliyyatların yenidən başlaması ehtimalı artır. Mediamaks agentliyi bildirir ki, bu fikri bu gün İrəvanda Ermənistanın eks-prezidentinin Qarabağ tənzimlənməsi üzrə keçmiş xüsusi nümayəndəsi, erməni xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnəzəryan və Milli-Demokratik Birliyin rəhbəri, 90-cı illərin əvvəlində baş nazir və müdafiə naziri vəzifələrini tutmuş Vazgen Manukyan bildirb.

David Şahnəzəryan bildirib ki, "son illər Qarabağ probleminin sülh yolu ilə həlli imkanları azalmağa doğru gedir". Onun sözlərinə görə, Azərbayacan və Ermənistan prezidentləri arasındakı danışıqlar "daha çox adi söhbəti xatırladır, nəinki sülh prosesini". Şahnəzəryan qeyd edib ki. bu planda Minsk Qrupunun fəaliyyət perspektivləri son dərəcə qaranlıq görünür. O, "Rusiyanın regiondan sıxışdırılması ilə hərbi əməliyyatların başlanılması ehtimalını" istisna etməyib.

Şahnəzəryanın sözlərinə görə, Kosovo münaqişəsi hüquqi yox, siyasi müstəvidə həll olunacaq. Bu da "Kosovonun beynəlxalq hüquqi presedent kimi tətbiqini çətinləşdirir".

Vazgen Manukyan söyləyib ki, "məqsəd yalnız danışıqlar ola bilməz" və Ermənistanın öz danışıqlar mövqeyinin sərtləşdirilməsinin lazım olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti