...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 28-də saat 21.40-dan 21.50-dək və iyunun 29-da saat 01.50-dən 03.00-dək Berd rayonunun Mosesqex kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuzun Ağdam kəndi yaxınlığındakı mövqelərini pulemyotlardan atəşə tutub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti