Kosovo Qarabağ münaqişəsinin həllində presedent ola bilməz. Belə bir fikri Yerevanda Slovakiya xarici işlər nazirinin müavini, dövlət katibi Olqa Alqaerova ifadə edib.
"Düşünmürük ki, Kosovodakı durumun həlli variantı digər münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında istifadə edilə bilər" - deyə o bildirib.
Alqaerova qeyd edib ki, Kosovo və Qarabağdakı münaqişələr arasındakı fərq odur ki, onlar fərqli ölkələrdir və burada fərqli vəziyyətlər mövcuddur. ("Novosti Armeniya")
Ermənistanda hesab edirlər ki, Kosovonun müstəqilliyi Qarabağ üçün presedent ola bilər.
Konkret olaraq bu günlərdə bu barədə Ermənistan parlamentinin vitse-spikeri, "Daşnaksutyun"un üzvü Vaan Ovannisyan fikrini açıqlayıb.