...

Goranboyda mina tapılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Goranboy rayonunun Börü və Todan kəndləri arasındakı yolun kəsişməsində cümə axşamı mina tapılıb. Trend in bölgə müxbirinin sözlərinə görə, yolda torpağın üstündə naqil aşkarlandıqdan sonra kənd sakinləri müvafiq qurumlara müraciət edib. Hadisə yerinə gələn mütəxəssislər yolda beş litrlik su betonuna qoyulmuş maye halında trotil aşkarlayıblar.

Mina Azərbaycan Ərazilərinin Minalardan Təmizləməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən zərərsizləşdirilib. Öncə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları avtomobil yolunda hərəkəti dayandırıb və yaxınlıqda yaşayan insanlar müvəqqəti evakuasiya edilib.

Goranboy paytaxt Bakıdan 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti