...

Azərbaycan XİN Britaniya Lordlar Palatasının vitse-prezidentinin Dağlıq Qarabağa növbəti səfərini pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2007 17:47 (UTC +04:00)
Azərbaycan XİN Britaniya Lordlar Palatasının vitse-prezidentinin Dağlıq Qarabağa növbəti səfərini pisləyib

Azərbaycan, Bakl/ Trend müxbir K.Ramazanova/ Azərbaycan XİN Böyük Britaniya lordlar palatasının vitse-spikeri Kerolayn Koksun Dağlıq Qarabağa növbəti səfərini pisləyib.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim çərşənbə axşamı bəyan edib ki, bu səfər beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.

Xəzər İbrahimin sözlərinə görə, səfər baronessanın qeyri-obyektiv mövqeyini təsdiq edir.

"Bu, baronessanın Dağlıq Qarabağa birinci səfəri deyi və sirr deyil ki, səfər erməni lobbisinin himayəsi və təsiri altında həyata keçirirlib. Hər səfərində o, Azərbaycanın əleyhinə çıxış etməkdən çəkinmir", - deyə XİN mətbuat katibi bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan tərəfi bir neçə dəfə Böyük Britaniyanın Lordlar Palatasına müraciət edib.

XİN nümayəndəsi qeyd edib ki, baronessanın səfərlərinə baxmayaraq, 1996-cı ildən Azərbaycanın işğal olunmuş ərazilərinə Britaniyadan nümayəndə heyəti getməyib.

"Ona görə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və provokasiya xarakterli addımlara imkan verimirlər", - deyə o söyləyib.

Erməni mənbələrinin verdiyi məlumata görə isə, baronessa Dağlıq Qarabağa səfər edərkən qondarma respublikanın parlamentinin spikeri Aşot Qulyan, xarici işlər naziri Georqri Petrosyanla görüşüb, həmçinin onun şərəfinə adlandırılmış Reabilitasiya Mərkəzində olub.

Baronessa Kerolayn Koksun Dağlıq Qarabağa hazırkı səfəri hesabla 63-cüdür.

Xəbər lenti

Xəbər lenti